525.Az

Meksikada daha bir şəhərin meri öldürüldü


 

Meksikada daha bir şəhərin meri öldürüldü<b style="color:red"></b>

Meksikanın Xilotlan şəhərinin meri öldürülüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Karlos Andrade Maqanya naməlum şəxslər tərəfindən Xalisko ştatının sərhədində güllələnib. 

Bir neçə gün əvvəl Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Qarsiya öldürülüb. Ötən il Meksikada daha bir neçə şəhər rəhbəri öldürülüb. 

Hüquq müdafiəçiləri hücumların narkotik ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədildiyini bildirir.

 





16.04.2018    çap et  çap et