525.Az

Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb


 

Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb<b style="color:red"></b>

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi-Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır. 

APA-nın xəbərinə görə, bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib. 

2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir.

Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".

Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.

 





16.04.2018    çap et  çap et