525.Az

Gürcüstanda millətçi lider prezidentliyə namizəd oldu


 

Gürcüstanda millətçi lider prezidentliyə namizəd oldu<b style="color:red"></b>

Gürcüstanda prezidentliyə növbəti namizədin adı məlum olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın şovinist-millətçi təşkilatlarının təmsil olunduğu “Gürcü marşı” hərəkatının liderlərindən biri olan Sandro Breqadze prezidentliyə namizədliyini irəli sürüb. O bildirib ki, amerikalıların və rusların deyil, gürcülərin namizədi olacaq.
 
Qeyd edək ki, S. Breqadze diaspor məsələləri üzrə dövlət nazirinin müavini olub. "Gürcü marşı"nın son illər keçirdiyi aksiyalarda Gürcüstanı qeyri-qanuni miqrantlardan təmizlənməsi və miqrasiya siyasətinin qaydaya salınması tələb edilib. 

S. Breqazde prezidentliyə namizədliyini açıqlayan ikinci namizəddir. İlk namizəd “Girçi - Yeni Siyasi Mərkəz” partiyasının liderlərindən biri Zurab Caparidze olub.

Qonşu ölkədə prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.

 





16.04.2018    çap et  çap et