525.Az

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi


 

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi<b style="color:red"></b>

Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib. 

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. 

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib. 

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

 





17.04.2018    çap et  çap et