525.Az

Gəncədən Mockvaya uçan təyyarə məcburi eniş edib


 

Gəncədən Mockvaya uçan təyyarə məcburi eniş edib<b style="color:red"></b>

Gəncə-Moskva reysi ilə uçan Azərbaycan vətəndaşı Nemət Nəsir oğlu Nəsibovun səhhəti təyyarədə qəfil pisləşib, bu səbəbdən təyyarə Mahaçqala aeroportunda məcburi eniş edib.

APA-nın məlumatına görə, Hava limanına təcili yardım çağırılıb, xəstəyə ilkin yardım göstərilib və o Kaspiysk şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin köməyi sayəsində xəstənin durumu normallaşıb. O Mahaçqala aeroportuna gələrək ona yardım göstərmiş şəxslərə təşəkkür edib və təyyarə ilə Moskvaya uçub.

 





04.07.2013    çap et  çap et