525.Az

Azərbaycanlıların soyqırımının 100 illi ilə bağlı beynəlxalq konfrans keçiriləcək


 

Azərbaycanlıların soyqırımının 100 illi ilə bağlı beynəlxalq konfrans keçiriləcək<b style="color:red"></b>

Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına uyğun olaraq, aprelin 25-dən 29-dək Qusarda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan verilən məlumata görə, konfransda XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları: 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları; 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR-in ərazisindən deportasiyası; 1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması; 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr, 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları, XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar bölmə-mövzuları üzrə məruzələr dinləniləcək.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

C.ABASOV

 





17.04.2018    çap et  çap et