525.Az

Neft bahalaşıb


 

Neft bahalaşıb<b style="color:red"></b>

Dünya birjalarında neft yenidən bahalaşıb. 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,51% artaraq 66,86 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar və ya 0,54% artaraq 71,97 dollar təşkil edib.

 





18.04.2018    çap et  çap et