525.Az

SOCAR nizamnamə kapitalı 100 min manat olan şirkət yaratdı


 

SOCAR nizamnamə kapitalı 100 min manat olan şirkət yaratdı<b style="color:red"></b>

“Socar-Petrofac” MMC yaradılıb. 

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 min manatdır. 

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev. 121-də yerləşir. 

Şirkətin Müşahidə Şurasının üzvləri Süleymanov Fuad Salman Salman oğlu, Məmmədov Xalik Rəfi oğlu, Karım Osseiran, Fisher David Trevordur. 

Qeyd edək ki, MMC bu il fevralın 22-də dövlət qeydiyyatına alınıb.

 





18.04.2018    çap et  çap et