525.Az

Üçüncü Buktreyler Festivalı Münsiflər Heyətinin tərkibi açıqlandı


 

Üçüncü Buktreyler Festivalı Münsiflər Heyətinin tərkibi açıqlandı<b style="color:red"></b>

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təsisçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

8 apreldə III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatıb. Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Dünən isə Münsiflər Heyətinin tərkibi açıqlanıb. Münsiflər Xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor Oqtay Mirqasımov, ssenarist Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki və Murad Dadaşovdur.

Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlardan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin, www.facebook.com/Booktrailer.az Facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

 





18.04.2018    çap et  çap et