525.Az

Ayaz Salayev Bakı Xoreqorafiya Akademiyasında tələbələrlə görüşdü


 

Ayaz Salayev Bakı Xoreqorafiya Akademiyasında tələbələrlə görüşdü<b style="color:red"></b>

Dünən Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktor, pedaqoq Ayaz Salayev Bakı Xoreqorafiya Akademiyası Təhsil Kompleksinin qonağı olub. Görüşdə BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

A.Salayev görüşdə dünya incəsənətindən, Azərbaycan filmlərindən danışıb. Kinorejissor əsasən diqqəti "Uzaq sahillərdə" filminə çəkib. Deyib ki, bu filmdə stalinizmdən, kommunizmdən daha çox bir azərbaycanlıya avropalı qiyafəsinin, obrazının daha çox yaraşdığı vurğulanıb. Özünün kino yaradıcılığından və hazırkı işlərindən danışan rejissor Azərbaycan kino sənətinin hazırkı durumuna da toxunub.

O, dünya kino tənqidçilərinin "Mavi dəniz sahillərindəki" filmini yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.

Daha sonra qonaq görüş iştirakçılarını maraqlandıran sualları geniş şəkildə cavablandırıb. Görüş diskussiya şəklində davam edib.

ŞAHANƏ

 





18.04.2018    çap et  çap et