525.Az

Dövlət Statistika Komitəsinin binası yenidən qurulacaq


 

Dövlət Statistika Komitəsinin binası yenidən qurulacaq<b style="color:red"></b>

Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satın alınmasına dair kotirovka sorğusu elan edilib. 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, iddiaçılar “Kotirovka sorğusunun şərtlər toplusu”nu Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilərlər. 

Təkliflər 2018-ci il may ayının 1-i saat 18:00-dək qəbul edilir.

Təklif zərfləri 2018-ci il may ayının 2-si saat 12:00-da açılacaq.

 





18.04.2018    çap et  çap et