525.Az

Şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi” keçiriləcək


 

Şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi” keçiriləcək<b style="color:red"></b>

Aprelin 16-da səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb. 

Nazirlikdən APA-ya verilən məlumata görə, əmrə əsasən 23-29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb. 

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı sənəddə öz əksini tapıb.

 





18.04.2018    çap et  çap et