525.Az

Zeytun yağına tələbat daxili istehsal hesabına ödəniləcək


 

Zeytun yağına tələbat daxili istehsal hesabına ödəniləcək<b style="color:red"></b>

"Azərbaycanda 3391 hektar ərazidə zeytun bağları var". 

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib. 

Ş.Abdullayevin sözlərinə görə, bu bağlar ötən illər ərzində formalaşmış bağlardır və bu bağlar daxili tələbatı ödəməyə imkan vermir. 

"Təəssüf ki, daxili tələbatımızı 100% ödəyə bilmirik. Təqribən 472 ton zeytun yağı istehsal edirik, amma 1711 ton da idxalımız var. Abşeron rayonunda 80 milyon manat dəyərində layihə həyata keçirilir. Bu layihə çərçivəsində 2600 hektar ərazidə zeytun və badam bağları salınacaq. 3700 ton zeytun yağı istehsal olunacaq", - deyə Ş.Abdullayev qeyd edib.

 





18.04.2018    çap et  çap et