525.Az

Tramp Pompeonun Kim Çen Inla görüşdüyünü təsdiqlədi


 

Tramp Pompeonun Kim Çen Inla görüşdüyünü təsdiqlədi <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Şimali Koreya prezidenti Kim Çen Inla görüşdüyünü təsdiqləyib. 

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti “Twitter”də yazıb.

O bildirib ki, görüş çox sakit keçib:

“Yaxşı münasibətlər qurulub. Hazırda sammitin detalları üzərində iş aparılır. Nüvə silahından azad olma sülh, həmçinin Şimali Koreya üçün böyük irəliləyiş olacaq”.

Xatırladaq ki, Şimali və Cənubi Koreya liderləri arasında görüş aprelin 27-nə təyin olunub. Daha sonra may ayında Donald Trampla Kim Çen Inın görüşü gözlənilir.

 





19.04.2018    çap et  çap et