525.Az

Azərbaycan Şimali Koreyaya səfir təyin etdi


 

Azərbaycan Şimali Koreyaya səfir təyin etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında səfiri təyin edilib. 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. 

Sərəncama əsasən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda, Azərbaycanın Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 





19.04.2018    çap et  çap et