525.Az

NİDA-çının şikayəti təmin olunmadı


 

NİDA-çının şikayəti təmin olunmadı<b style="color:red"></b>

İyulun 4-də Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin 3 ay artırılması ilə bağlı qərardan şikayətə baxılıb.

“Media forum” saytının məlumatına görə, şikayət təmin olunmayıb və Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Həmin qərar iyunun 24-də çıxarılmışdı.

Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürüb.

 





04.07.2013    çap et  çap et