525.Az

Zaxarova: "Şadıq ki, Azərbaycanda Skripal məsələsinə obyektiv baxış var"


 

Zaxarova: "Şadıq ki, Azərbaycanda Skripal məsələsinə obyektiv baxış var"<b style="color:red"></b>

"Şadıq ki, Azərbaycanda Skripal məsələsi ilə bağlı obyektiv baxış var”. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Sizin dediyiniz mövqe, təxribat haqqında sözlər tamamilə Rusiyanın mövqeyini əks etdirir. Biz çox şadıq ki, məsələlərə müasir dünyada, o cümlədən, Azərbaycanda obyektiv baxış mövcuddur", - deyə Zaxarova jurnalistin Azərbaycandan olan deputatların Skripal məsələsi ilə əlaqədar mövqeyinə dair sualına cavabında bildirib.

 





20.04.2018    çap et  çap et