525.Az

Məhkəmə Gültəkin Hacıbəylinin oğlunu ondan aldı


 

Məhkəmə Gültəkin Hacıbəylinin oğlunu ondan aldı<b style="color:red"></b> Bu gün Nəsimi rayon məhkəməsi keçmiş millət vəkili Gültəkin Hacıbəylinin oğlunun ondan alınaraq atasına verilməsi barədə qərar qəbul edib.
 
“Azadlıq” qəzetinin məlumatına görə, məhkəmədə hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilmiş iclasında Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq, atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarılıb.
 
Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar verib, keçmiş həyat yoldaşını oğlunu ona göstərməməkdə ittiham edib.
 
G. Hacıbəyli məsələ ilə bağlı geniş açıqlama ilə çıxış edəcəyini deyib.
 





04.07.2013    çap et  çap et