525.Az

İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan parkda ekoloji tədbir həyata keçirilib- Fotolar


 

İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan parkda ekoloji tədbir həyata keçirilib- <b style="color:red">Fotolar</b>

Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin,Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Ekoloji Təşəbbüs  milli gənclər mərkəzinin birgə təşkilatçılığı ilə  şərqi avropada fəaliyyət göstərən gənclər təşkilatlarının inkişafında    effektli təcrübə mübadiləsinin rolu mövzusunda silsilə  tədbirlərə start verilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətind'n 525.az-a verilən məlumata görə, Azərbaycan ,Ukrayna , Moldova, Türkiyə, Macarıstan və bir sıra ölkələrin aparıcı gənclər təşkilatlarından  60-dan çox nümayəndənin qatıldığı  beynəlxalq  toplantının iştirakçıları  təbiətin və ekologiyanın qorunmasında  gənclərin üzərinə düşən vəzifələr  mövzusunda ilk tədbirlərini  İrpen şəhərindəki Akademik Zərifə Əliyevanın adını daşıyan  istirahət parkından başlayıblar.

Beynəlxalq tədbirə qatılanlar ilk öncə  tanınmış aftolmoloq alim , akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla  , görkəmli elm xadiminin xatirəsinə  dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən, Ukrayna Azərbaycanlı  Gənclər birliyinin sədri Anar Tahirov  və Ukrayana Ekoloji təşəbbüs milli gənclər mərkəzinin idarə heyətinin sədri Oksana Əliyeva İrpen şəhərindəki Akademik Zərifə Əliyevanın adını daşıyan  dostluq parkının  təbii gözəlliyinə  və ekoloji füsünkarlığına görə  uşaqlı analar  və yerli sakinlərin  ən nümunəvi  istirahət guşəsinə çevrildiyini nəzərə çatdırıblar. Ukraynada  təbiətin mühafizəsi və ekologiyanın qorunması  tədbirlərində  fəal iştirak edən   Ukrayna Azərbaycanlı Gənclər Birliyi ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə Kiyev şəhərinin bir çox parkları ilə yanaşı  akademik Zərifə Əliyeva adına İstirahət parkında da  mütamadi olaraq yaşıllıq və ağacəkmə aksiyası həyata keçirtdiyini  bildiriblər.

Qeyd olunub ki , İstirahət parkının   ekoloji mühütünə göstərilən diqqət və  qayğının nəticəsi olaraq  burada  nadir quş və zəngin  bitki novlərinin  sayı ilbəil çoxalır. Sonra tədbirə qatılan Macarıstan, Moldova, Türkiyə, Azərbaycan və Ukraynadan olan gənclər öz zəngin füsünkarlığı ilə diqqəti cəlb edən  akademik Zərifə Əliyeva parkı ilə yaxından  tanış olublar. Gənclər təbiətin mühafizəsi və ekologiyanın qorunması layihəsi çərçivəsində taxtadan hazırlanmış quş yuvalarını  parkdakı  ağaclardan asmaqla flora və faunanın qorunmasına  növbəti töhvələrini veriblər . Tədbir ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə baş tutub.  Şərqi avropadan olan gənclər  iyul ayının 9-dək  davam edəcək tədbirlər çərçivəsində   Ukraynanın Ali radasında , İdman və Gənclər nazirliyində  bir sıra  görüşlər keçirəcək , birgə  əməkdaşlığa dair  niyyət protokolları imzalayacaqlar/

 





04.07.2013    çap et  çap et