525.Az

Heydər Əliyevin yubileyinə həsr olunmuş konsert


 

Heydər Əliyevin yubileyinə həsr olunmuş konsert<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Konsert Heydər Əliyevin Xalq artisti Leyla Vəkilova başda olmaqla bir neçə rəqs xadimləri ilə görüşünü əks etdirən video çarxın nümayişi ilə başlayıb.

Daha sonra akademiyanın şagirdləri əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda “ Yatmış gözəl”, “Kukla”  baletlərindən variasiyalar, “Şelkunçik” , “Konyok Qorbunok” baletlərindən rəqslər, Xalq artisti Yusif Qasımovun quruluşunda “Şənlik” rəqsi, Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “İnnabı” rəqsi, maestro Niyazinin “Rast” simfonik muğamından parça, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından “Qızların rəqsi” Əməkdar müəllim Pellumb Aqalıyayın quruluşunda “Jizel” baletindən variasiya və digər rəqs nömrələrini ifa ediblər.

 





24.04.2018    çap et  çap et