525.Az

Axundovun məşhur komediyası Moskvada səhnəyə qoyuldu


 

Axundovun məşhur komediyası Moskvada səhnəyə qoyuldu<b style="color:red"></b>

Rusiya paytaxtında dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşası göstərilib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Moskva Dövlət Teatr İncəsənət İnstitutunun səhnəsində "Müsyo Jordan və Dərviş Məstəlişah" komediyasını nümayiş etdirib.

Nümayiş MDB ölkələri teatr festivalı çərçivəsində baş tutub. Nofəl Vəliyevin quruluşunda nümayiş olunan komediya paytaxt sakinlərinin marağına səbəb olub.

 





24.04.2018    çap et  çap et