525.Az

Ermənistan müxalifətinin lideri baş nazir postunu tutmağa hazırdır


 

Ermənistan müxalifətinin lideri baş nazir postunu tutmağa hazırdır<b style="color:red"></b>

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, N.Paşinyan baş nazir seçiləcəyinə əmin olduğunu vurğulayıb: “Əgər xalq bu məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram. Böyük ehtimalla, belə də olacaq”.    

Ermənistan müxalifətinin lideri seçicilərin 90 faizinin onu dəstəklədiyinə əmin olduğunu bildirib. 

“Ermənistanın baş naziri Respublika partiyasının üzvü yox, xalqın nümayəndəsi olmalıdır”, - deyə  Nikol Paşinyan qeyd edib.   

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.

 





25.04.2018    çap et  çap et