525.Az

Makron: “İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”


 

Makron: “İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”<b style="color:red"></b>

İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron ABŞ-da amerikalı həmkarı Donald Trampla birgə keçirdiyi mətbuat konfransında bildirib.    

“Biz razılaşmanı ləğv etmirik. Biz yeni, daha geniş saziş hazırlayacağıq”, - deyə E.Makron qeyd edib.   

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair Birgə Fəaliyyət Planı 2015-ci ilin iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə BMT TŞ, ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalar tədricən ləğv edilir. 

D.Tramp sazişlə əlaqədar dəfələrlə narazılığını bildirib və düzəlişlər edilməyəcəyi təqdirdə ABŞ-ın razılaşmadan çıxacağını bildirib.    

Bundan sonra ABŞ, Britaniya, Fransa və Almaniya bu ilin yanvarında İranla sövdələşməyə dair əlavə razılaşmanın hazırlanması üçün birgə qrup yaradıblar. 

 





25.04.2018    çap et  çap et