525.Az

Ermənistanın müvəqqəti baş nazirindən prezidentə çağırış


 

Ermənistanın müvəqqəti baş nazirindən prezidentə çağırış<b style="color:red"></b>

Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan prezident Armen Sarkisyana müraciət edərək ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün geniş siyasi müzakirələr təşkil etməyə və, lazım gəldikdə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə təşəbbüskarlıq etməyə çağırıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin saytında dərc olunmuş məlumatda bildirilir. 

Bundan əvvəl erməni müxalifətinin lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib. 

N.Paşinyan daha əvvəl baş nazir postunu tutmağa hazır olduğunu bildirib. 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib. 

 





25.04.2018    çap et  çap et