525.Az

Gəncənin müasir tarixində ən iri sosial layihənin icrası davam etdirilir


 

ŞƏHƏRİN İÇMƏLİ SU VƏ KANALİZASİYA XƏTLƏRİNİN 20 FAİZLİK HİSSƏSİ ARTIQ YENİLƏNİB

Gəncənin müasir tarixində ən iri sosial layihənin icrası davam etdirilir<b style="color:red"></b>

Gəncə şəhəri daxilində içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir. Layihə çərçivəsində sovet dövründən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir.

"Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsinin icrası çərçivəsində ümumi uzunluğu 884 kilometr olan içməli su xəttinin 179,7 kilometri, 891 kilometr olan  kanalizasiya xəttinin 176,8 kilometri çəkilib. Şəhərdə aparılan geniş abadlıq və yenidənqurma işləri müasir şəhərsalmanın tələbləri əsasında aparılır. Kanalizasiya və su xətləri yenidən qurulur və bu işlərin davamı olaraq  2018-ci ilin birinci rübündə Nizami prospekti,  Ü.Hacıbəyli, M.C.Paşayev, Əttarlar, Vaqif, Qəzənfər Əliyev, M.Y.Axundzadə  və digər küçələrdə bu sahədə işlər aparılır.

Şəhər ərazisində və yaşayış məntəqələrində təkcə cari ildə mövcud su və kanalizasiya kəmərlərində, eləcə də su şəbəkəsində ümumi uzunluğu 108 p/metr müxtəlif diametrli su borusu, 130 p/metr müxtəlif diametrli kanalizasiya borusu, 216 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli və 6 ədəd müxtəlif diametrli siyirtmə yenisi ilə əvəz edilib.  56 ədəd subartezian quyusu, 21 ədəd su nasosu təmir edilərək istismara verilib.

Həmçinin, cari ilin üç ayı ərzində 15 ədəd kanalizasiyaya nəzarət quyusu yenidən tikilərək istifadəyə verilib. 15 ədəd quyu qapağı, 6 ədəd müxtəlif güclü elektrik mühərriki təmir edilib. 60 halda su və 179 halda kanalizasiya xətlərində sızmaların qarşısı alınıb. Bütün bu işlərin həyata keçirilməsi məqsədi ilə 42 min 300 manatdan çox vəsait xərclənib. İlin əvvəlindən binadaxili su və kanalizasiya xətlərinin yenidən qurulması işləri davam etdirilməklə, istehlakçıların istifadə etdikləri suyun uçotunun aparılması məqsədilə abonentlər üzrə 111 ədəd "smart-kart" tipli su sayğacı quraşdırılıb.

2018-ci ilin birinci rübü ərzində istehlakçılar tərəfindən istifadə edilən 1 milyon 268 min 342 manat dəyərində su və kanalizasiya xidmətlərinin 69,5 faizi və ya 881 min 282 manatı, o cümlədən, əhali tərəfindən 799 min 463 manat dəyərində su və kanalizasiya xidmətinin 68,3 faizi və ya 546 min 279 manatı ödənilib.

Zakir MURADOV
Gəncə

 





25.04.2018    çap et  çap et