525.Az

"Başqa heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər yaxın deyil"


 

"Başqa heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər yaxın deyil"<b style="color:red"></b>

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb. 

APA-nın "Timetürk"ə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu deyib.

Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib. 

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib. 

Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.

 





25.04.2018    çap et  çap et