525.Az
Bu gün Nəsimi və Yasamal rayonlarında qaz olmayacaq
Təmir işləri ilə əlaqədar olaraq 05 iyul 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərindən qaz təchizatı dayandırılacaq.
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda deyilir ki, təmir işləri aparılan müddətdə Nəsimi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
05.07.2013
çap et