525.Az

Gənc Tamaşaçılar Teatrının aktyoru Gürcüstan görüşlərində


 

Gənc Tamaşaçılar Teatrının aktyoru Gürcüstan görüşlərində <b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib.

Aktyor Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Görüş zamanı aktyor təmsil etdiyi sənət ocağı ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə aparılan layihələr və 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatlar verib.

Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Azərbaycan dostları" otağının rəhbəri Leyla Əmrahova, "Aktiv qadınlar" assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə keçirilən görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlər səsləndirilib.

Yubiley çərçivəsində keçirilmiş müzakirədə çıxış edən aktyor, Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna, Estoniya, Macarıstan, İsrail, Özbəkistan, Latviya, Litvadan olan həmkarlarına Gənc Tamaşaçılar Teatrı ilə bağlı məlumat verərək bildirib ki, sənət ocağı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqələri qurub. Görüşlər zamanı qarşılıqlı yaradıcılıq mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.

XƏDİCƏ

 





25.04.2018    çap et  çap et