525.Az

«Elmlər Akademiyası» metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır


 

«Elmlər Akademiyası» metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır<b style="color:red"></b>

Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının eskalatorlarından biri gələn həftədən təmirə dayandırılacaq.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbir iyulun 8-dən etibarən həyata keçiriləcək.
 
Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov stansiyanın daim gərgin iş rejimində çalışdığını bildirib: «Lakin bu, qaçılmaz addımdır. Sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaq».
 
Qeyd edək ki, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır.

 





05.07.2013    çap et  çap et