525.Az

Ermənistanda nazir etiraz aksiyalarına dəstək məqsədilə istefa verdi


 

Ermənistanda nazir etiraz aksiyalarına dəstək məqsədilə istefa verdi <b style="color:red"></b>

Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçya Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib. 

APA-nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, nazirin “Facebook” səhifəsində yer alan bəyanatında qeyd olunub ki, o, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olaraq partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və aksiyalara qoşulur. 

Keçmiş nazir Ermənistan Respublika Partiyası və “Daşnaksütyun” partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.

 





25.04.2018    çap et  çap et