525.Az

Türkiyə prezidenti: "İyunun əvvəlində TANAP-ın açılışı olacaq"


 

Türkiyə prezidenti: "İyunun əvvəlində TANAP-ın açılışı olacaq"<b style="color:red"></b> “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik”.
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: “Bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star" zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”.
 
Türkiyə prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: “Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.
 





25.04.2018    çap et  çap et