525.Az

Avropa Birliyinin komissarı: “Nabucco West layihəsi ölü deyil”


 

Avropa Birliyinin komissarı: “Nabucco West layihəsi ölü deyil”<b style="color:red"></b>

“Şahdəniz” konsorsiumu Azərbaycanın təbii qazını Avropaya nəql etmək üçün Nabucco West kəməri layihəsini seçməsə də, bu layihə ölü deyil”.

APA-nın məlumatına görə, bu fikirlər Avropa Birliyinin energetika məsələləri üzrə Günter Öttingerin məqaləsində öz əksini tapıb.
 
“Bu, yalnız başlanğıcdır. TAP kəmərinin tikintisi barədə qərar və gələcəkdə daha böyük həcmdə qaz nəqli o deməkdir ki, Avstriyaya nəql kanalı – hazırkı məqamda “Nabucco West”  hələ də müzakirə mərhələsindədir”.
 
Xatırladaq ki, iyunun 28-də “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqlinə dair iki layihə - Nabucco West və TAP arasında ikinciyə üstünlük verib. TAP qaz kəməri Türkiyədən keçərək Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya qədər uzanacaq. Nabucco West isə Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya  qaz nəqlini nəzərdə tuturdu.

 





05.07.2013    çap et  çap et