525.Az

Dövlət başçısı: “Türkiyə dünyada bir gücdür”


 

Dövlət başçısı: “Türkiyə dünyada bir gücdür”<b style="color:red"></b>

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.  

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır:

“Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.

 





25.04.2018    çap et  çap et