525.Az

Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə etdi


 

Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə etdi<b style="color:red"></b>

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. 

APA-nın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. 

"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

 





26.04.2018    çap et  çap et