525.Az

Fransa prezidenti: “Tramp İranın nüvə proqramı üzrə sazişi dəstəkləmir”


 

Fransa prezidenti: “Tramp İranın nüvə proqramı üzrə sazişi dəstəkləmir”<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə sazişi dəstəkləmir. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda, amerikalı həmkarı ilə keçirdiyi görüşdən sonra bəyan edib. 

“Mənə elə gəlir ki,  prezident Tramp sazişi dəstəkləməyə və qorunmasına hazır deyil. Çox güman ki, o sazişdən imtina edəcək. Bu barədə o əvvəllər də söyləyib. Bu onun seçkiqabağı vədidir”, deyə E.Makron qeyd edib. O həmçinin bildirib ki, Fransa əvvəlki kimi İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı dəstəkləyir. 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib.

Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq.Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

 





26.04.2018    çap et  çap et