Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması planlaşdırılır.
Bu barədə APA-ya Bakıda səfərdə olan Xorvatiya parlamentinin spikeri İosip Lekonun rəhbərlik etdiyi nümayəndə heyətindən bildirilib.
Hazırda bununla bağlı iki ölkə arasında danışıqlar gedir. Heyətdən bildiriblər ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev ilə İ.Leko arasında bu gün keçirilən görüşdə bu məsələ siyasi həllini tapıb və qısa zamanda maliyyə məsələlərini həll edərək səfirliyin açılmasına nail olunacaq. Qeyd edək ki, Xorvatiya Azərbaycanda konsulluq səviyyəsində təmsil olunur, Azərbaycanın isə Xorvatiyada artıq səfirliyi fəaliyyət göstərir.
çap et