525.Az

ABŞ Senatı Pompeonu dövlət katibi postuna təsdiqlədi


 

ABŞ Senatı Pompeonu dövlət katibi postuna təsdiqlədi<b style="color:red"></b>

ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.   

Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi 

M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.  

Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

 





27.04.2018    çap et  çap et