525.Az

Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar apardı


 

Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar apardı<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir. 

“Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir”, - deyə məlumatda bildirilir.     

Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun  keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.

 





27.04.2018    çap et  çap et