525.Az

Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı


 

Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı<b style="color:red"></b> Xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların  diplomlarının tanınması üçün Təhsil Nazirliyinə ünvanlanan müraciətlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.
 
Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomların əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb.
 





05.07.2013    çap et  çap et