525.Az

“Cücələrim ansamblı” İstanbulda keçirilən 23 Nisan V Uluslararası Çocuk Festivalında


 

“Cücələrim ansamblı” İstanbulda keçirilən 23 Nisan V Uluslararası Çocuk Festivalında <b style="color:red"></b>

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim ansamblı”nın milli rəqs və nağaraçalanlar qrupu 20-24 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Sancaktəpə Bələdiyyəsi və Bilgi evlərinin birgə təşkilatçılığı ilə keçirilən 23 Nisan uşaq bayramına həsr olunmuş V Uluslararası Çocuk Festivalında iştirak edib.

Səfər zamanı RUGİM-in direktoru Firuzə Sultan-zadənin rəhbərliyi ilə mərkəzin idarə heyəti İstanbul Mədəniyyət mərkəzləri, Sancaktepe Bilgi Evləri şəbəkəsi ilə ikitərəfli görüşlər keçirib, məktəbdənkənar təhsil sahəsində birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Daha sonra İstanbulun Sancaktəpə Bələdiyyə başçısı İsmayıl Erdemin dəvəti ilə qonaqlarla rəsmi görüş keçirilib.

Mədəni proqram çərçivəsində ansamblın üzvləri İstanbul Mədəniyyət mərkəzləri, Planetarium və Elm Mərkəzi, “Panorama 1453” Tarixi Muzeyi, “Çanaqqala Savaşı” adlı tarixi yerlərlə tanış olub, Bosfor boğazında gəmi ilə səyahət ediblər.

Taha Akgül İdman Kompleksində keçirilən festivala Türkiyə, Azərbaycan, Bosniya Hersoqovina ve Makedonyanın uşaq kollektivləri daxil olmaqla 10000 uşaq qatılıb.

Dörd gün davam edən festivalın proqramı çərçivəsində “Cücələrim” ansamblının nağaraçalanlar qrupu rəngarəng musiqi nömrələrilə və milli rəqs qrupu “Qaytağı” suitası ilə çıxış edərək qədim və zəngin tarix daşıyan Azərbaycan rəqslərini təbliğ edib, milli rəqslərimizə xas olan səciyyəvi cəhətləri ilə çıxış edib.

Festivalın sonunda İstanbul Sancaktəpə Bələdiyyəsi tərəfindən Azərbaycanı təmsil edən bütün iştirakçılar diplom, xüsusi mükafat və hədiyyələr ilə təltif olunub.

 





27.04.2018    çap et  çap et