525.Az

Maradona “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verdi


 

Maradona “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verdi <b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getdiyini elan edib. 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub. 

BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə” yüksək liqaya vəsiqə qazana bilməyib. 

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.

 





28.04.2018    çap et  çap et