525.Az

Ölkəyə gizli gətirilən mobil telefonlar aşkar edilərək götürüldü


 

Ölkəyə gizli gətirilən mobil telefonlar aşkar edilərək götürüldü<b style="color:red"></b>

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy A3", 1 ədəd" Samsung Galaxy A5", 1 ədəd "Samsung Galaxy J1" 2017 markalı telefonlar aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

 





30.04.2018    çap et  çap et