525.Az

Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlandı


 

Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlandı<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat  ziyan dəydiyi aşkar edilib. 

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

 





30.04.2018    çap et  çap et