525.Az

Qəbul imtahanları gələn həftə başlayacaq


 

Qəbul imtahanları gələn həftə başlayacaq<b style="color:red"></b> İyulun 14-də ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək.
 
Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İlk qəbul imtahanı üçüncü qrup üzrə keçiriləcək. Birinci qrup üzrə qəbul imtahanlarının isə iyulun 21-də keçiriləcəyi nəzərdə tutulub. Bu ay ərzində növbəti qəbul imtahanı dördüncü qrup üzrədir. Qeyd olunan qrup üzrə iyulun 29-da qəbul imtahanı keçiriləcək. Ali təhsil müəssislərinə sonuncu imtahan ikinci qrup üzrədir. Həmin qrup üzrə imtahan  avqustun 3-də baş olacaq.
 





06.07.2013    çap et  çap et