525.Az

QHT rəhbəri Kəmalə Ağazadənin məhkəməsi başladı


 

QHT rəhbəri Kəmalə Ağazadənin məhkəməsi başladı <b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

K. Ağazadə ittiham aktı ilə tanış olmaq istəyib. 

Buna görə məhkəmə iclası mayın 7-dək təxirə salınıb.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir. 

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

 





30.04.2018    çap et  çap et