525.Az

Temperatur 38 dərəcəyə çatacaq


 

Temperatur 38 dərəcəyə çatacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 7-də gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, iyulun 7-də də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 23 -28 dərəcə isti olacaq.
 





06.07.2013    çap et  çap et