525.Az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə


 

Hərbçilərimiz beynəlxalq tədbirlərdə <b style="color:red"></b>

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərə qatılıblar. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) “Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) “Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) “Tibbi dayanıqlıq” üzrə seminarda iştirak edirlər.

 





01.05.2018    çap et  çap et