525.Az

Şah İsmayıl və oğlunun orijinal rəsimləri sərgilənəcək


 

Şah İsmayıl və oğlunun orijinal rəsimləri sərgilənəcək<b style="color:red"></b>

“Azərbaycanda ilk dəfə çox maraqlı bir sərgi təşkil edəcəyik”.  
 
APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. 
  
O bildirib ki, Heydər Əliyev Fondunun köməyi ilə Florensiyanın  Qalareya Yufitzi muzeyindən Şah İsmayıl və oğlunun orijinal rəsimləri gətirilərək burada sərgilənəcək.   

"Şah İsmayılın Azərbaycan üçün rolu nəzərə alınaraq, İtaliya Azərbaycanla dost ölkə olduğu üçün düşünür ki, bu, Azərbaycan üçün yüksək səviyyədə qiymətləndiriləcək simvolik  bir tədbir olacaq. Qərar yeni verildiyi üçün sərginin tarixi hələ dəqiqləşdirməyib. Danışıqlar artıq başlanılıb. Çox güman ki, sərgi oktyabrda keçiriləcək", - deyə o vurğulayıb.

 





01.05.2018    çap et  çap et