525.Az

Təmas xəttində növbəti monitorinq keçiriləcək


 

Təmas xəttində növbəti monitorinq keçiriləcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 3-də Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Qarşı tərəfdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç, Martin Şuster və YSPQ-nin rəhbəri polkovnik Vladimir Minarik keçirəcəklər.

 





02.05.2018    çap et  çap et