525.Az

“... Keçmişdən gələcəyə Türk dili” mövzulu Beynəlxalq Forum keçirildi


 

“... Keçmişdən gələcəyə Türk dili” mövzulu Beynəlxalq Forum keçirildi<b style="color:red"></b>

Aprelin 30-da Beynəlxalq Türk Akademiyası UNESCO üzrə “Qorqud İrsi və Türk Dünyası” mövzusunda Beynəlxalq Forum keçirib.

Forum “UNİESCO” nəzdində Beynəlxalq Türk Dili Günü” elan edilməsi haqqındakı təşəbbüsə dəstək məqsədilə təşkil edilib.

Beynəlxalq Forumda 16 ölkədən alimlər, dilçilər, türk dillərinin  daşıyıcısı olan xalqların nümayəndələri iştirak ediblər. Beynəlxalq Forum çərçivəsində görkəmli ictimai-siyasi xadim Ə.Topçubaşovun anadan olmasının 155 illik yubileyi də qeyd olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru akademik Möhsün Nağısoylu forumda iştirak edib. Forumda  “Azərbaycan xalq cümhuriyyətində dil siyasəti”adlı məruzəsilə çıxış edən akademik  M.Nağısoylu bildirib ki, müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində olub. Akademik vurğulayıb ki,  Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan edib. Həmin qərar Gülüstan  və Türkmənçay  müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.

Səfər çərçivəsində ictimai-siyasi xadim Ə.Topçubaşov və C.Hacıbəylinin məzarları ziyarət olunub.

 





02.05.2018    çap et  çap et